Saxta krem dərisinin rəngini yaşıla çevirdi - FOTO/VİDEO

06:40 13-02-2021 528

Qaralmaq istəyən ingiltərəli qadın yaşıllaşaraq dostlarının gülüş hədəfinə çevrilib.

Bu barədə “The Sun” xəbər yayıb.

Bildirilir ki, 18 yaşlı Lilli Viqus süni şəkildə qaralmaq üçün krem alıb. O, kremi bütün bədəninə çəkdikdən sonra silmədən yatıb. Səhər isə tünd yaşıl dəri rəngi ilə oyanıb.

“Dostlarım məni Fiona (“Şrek” cizgi filminin qəhrəmanlarından biri) çağırırdılar. Çünki mənim də saçlarım onun saçları kimi kürən idi və ona oxşayırdım. Hamı şoka düşmüşdü və mənə gülürdü”, - deyə Viqus baş verənləri xatırlayarkən bildirib.

Onun sözlərinə görə, dərisi çox açıq rəngdə olduğundan Günəşə çıxan kimi yanır. Buna görə də adətən təbii yox, süni qaralma üsulundan istifadə edir.

“Adətən bu dərəcədə tünd rəngdən istifadə etmirəm. Sonrakı bir neçə gün ərzində mən çimərkən su yaşıl idi”, - deyə Roçester sakini gülərək danışıb.