“Qarabağ”ın ÇL-dakı oyununa hakim təyinatı

15:45 03-08-2019 451

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacaq APOEL və “Qarabağ” oyununa hakim təyinatları açıqlanıb. 

HerGun.Az xəbər verir ki, oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Davide Massaya Fabiano Preti və Alberto Teqoni kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi Rosario Abisso, hakim-inspektoru Vladimir Antonov, UEFA nümayəndəsi isə Romano Klavedetşer olacaq. 

Kiprdə baş tutacaq ilk oyun avqustun 6-sı Bakı vaxtı ilə 21:00-da başlayacaq.