“Real” Poqbaya əvəz tapdı

02:18 04-08-2019 611

Madridin “Real” klubu “Sportinq”in portuqaliyalı havbeki Brunu Fernandeşi əldə edə bilər.

Bu barədə “Record” yazır.

“Real”ın məşqçisi Zinəddin Zidan  24 yaşlı yarımmüdafiəçinin transferinə razılıq verib. Sazişi həyata keçirməyə isə məşhur futbol agenti Jorje Mendeş kömək edir. 

“Kral klubu”nun rəhbərliyi belə bir qərara Fransa yığması və “Mançester Yunanted”in havbeki Pol Poqbanın komandaya dəvəti ilə bağlı problemlər yarandığı üçün gəlib.

Xatırladaq ki, “Real” Poqbanın transferi ilə maraqlansa da, “Yunanted” futbolçu ilə vidalaşmaq fikrində deyil. “Daily Mail”in məlumatına əsasən, potensial alıcıları qorxutmaq üçün “qırmızı şeytanlar”  fransız oyunçuya görə 200 milyon avro istəyir.