Bred Pitt və Sandra Ballakın yeni filmin çəkilişlərindən görüntüləri yayıldı - FOTO

09:00 10-03-2021 510

Hollivud ulduzları Bred Pitt və Sandra Ballokun birlikdə çəkildikləri “Sürət qatarı” filmindən görüntüləri yayılıb.

Bu barədə fotoları “Star News” paylaşıb.

Qeyd edək ki, “Oskar” sahiblərinin baş rolunu oynayacaqları film yapon yazıçı Kotaro İsakinin “Maria Beetle” kitabının adaptasiyasıdır. Filmdə Tokioya eyni qatarda səfər edən yeddi killerdən bəhs edilir.

Filmin rejissoru  Devid Leytçdir, aktyor heyətinə Ledi Qaqa, Aaron Teylor-Con, Brayan Tayri Henri, Zazi Bitç, Endryu Koci və Maykl Şenon daxildir.