"Mançester Yunayted" xal itirdi, "Benfika" Çempionlar Kubokunu qazandı

12:18 04-08-2019 703

Üç fərqli ölkədə keçirilən Beynəlxalq Çempionlar Kubokunun builki qalibinin adına aydınlıq gəlib.

HerGun.Az xəbər verir ki, Portuqaliyanın "Benfika" klubu doqquz xalla vaxtından erkən bu titula yiyələnib.

Buna "Mançester Yunayted"in "Milan"la 2:2 heç-heçə etməsindən sonra aydınlıq gəlib.

Belə ki, Lissabon klubu Meksikanın "Qvadalaxara" (3:0), İtaliyanın "Fiorentina" (2:1) və "Milan" (1:0) klublarına qalib gəldiyindən, bu nəticə əlçatmaz olub. İngiltərənin "Mançester Yunayted" və "Arsenal" komandaları müvafiq olaraq səkkiz və yeddi xalla yarışı başa vurub.

Qeyd edək ki, yoxlama oyunları əsasında qurulan turnirdə İspaniyanın "Atletiko", İngiltərənin "Totenhem", İtaliyanın "Yuventus" və "İnter" komandaları hələ bir oyun keçirməlidir.

Səbuhi Musayev