Azərbaycanın hazır neft ehtiyatları barədə məlumat verildi

14:40 16-03-2021 430

Azərbaycanda 2021-ci ilin yanvar-fevral ayları ərzində 5 milyon 828,3 min ton xam neft (qaz kondensatı da daxil olmaqla), 5 milyon 818,3 min ton həcmində isə əmtəəlik neft istehsal edilib.

HerGun.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ölkəmizdə xam neft və əmtəəlik neft hasilatı 4,9 faiz azalıb.

Mart ayının 1-nə olan vəziyyətə görə ölkəmizdə 454,5 min ton həcmində hazır neft ehtiyatı var.

Əlavə edək ki, ilk iki ay ərzində neft-qaz sektoru üzrə 4 milyard 389,7 milyon manatlıq ümumi daxili məhsul istehsal edilib və bu, ötən ilin müvafiq dövrünün göstəricilərinə nəzərən 7,5 faiz azdır.

Qeyd edək ki, yanvar-fevral aylarında neft-qaz sektoruna 813 milyon manatlıq vəsait yönəldilib. Bu dövr ərzində neft-qaz sektoruna yönəlmiş sərmayələrin həcmi də 13,5 faiz azalıb.