“Bozun 50 çaları” filminin ulduzuna ağır itki - FOTO

21:20 16-03-2021 604

38 yaşlı tanınmış aktyor Ceymi Dornanın atası 73 yaşlı Cim Dornan koronavirusdan vəfat edib.

Bu barədə “Cosmopolitan” xəbər yayıb.

Qeyd edək ki, britaniyalı aktyorun özü də yüksək risk qrupundadır: o, xroniki limfoleykozdan əziyyət çəkir.

Qorxulu diaqnoz ona 2005-ci ildə qoyulub. Bundan sonra tanınmış aktyor Belfastda “Leukaemia & Lymphoma NI” qeyri-kommersiya təşkilatına üzv olub.

Onu da bildirək ki, aktyorun atası Böyük Britaniyanın tanınmış mama-ginekoloqlarından olub. Bundan başqa o, Kraliyyət Mama Ginekoloqlar kollecinin baş vitse -prezidenti olub.

Ceymi Dornan daha çox “Bozun 50 çaları” filmində Kristian Qrey rolu ilə tamaşaçıların yadında qalıb.