“AzerGold” işə qəbul zamanı üstünlüyü şəhid ailəsi üzvləri, Qarabağ əlilləri və veteranlarına verəcək - FOTO

14:40 17-03-2021 414

“AzerGold” QSC tərəfindən işlə təmin olunan qazi və şəhid ailələrinin üzvləri ilə onlayn görüş keçirilib.

Qurumdan HerGun.Az-a verilən məlumatda bildirilir ki, görüşdə Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə lazımı dövlət dəstəyinin göstərilməsi istiqamətində görülən işlərdən danışılıb.

Cəmiyyətin İdarə Heyətin sədr müavini Xəyyam Fərzəliyev qeyd edib ki, son iki ayda 20-ə qədər şəhid ailəsi üzvü və qazinin “AzerGold” QSC tərəfindən daimi işlə təmin olunub, bundan sonra da müvafiq vakansiyaların tələblərinə uyğun namizədlər arasında üstünlüyün şəhid ailəsi üzvlərinə, Qarabağ əlilləri və veteranlarına veriləcəyi diqqətə çatdırılıb.

Görüşün davamında işlə təmin edilmiş qazi və şəhid ailəsi üzvləri çıxış edərək, Cəmiyyət tərəfindən göstərilən etimada və dəstəyə görə təşəkkür ediblər.

Xatırladaq ki, Vətən uğrunda şəhid olmuş oğullarımızın sırasında “AzerGold”un qəhrəman əməkdaşları Muxtar Qasımlı və Rauf Əsgərov da var. Cəmiyyətin daha altı nəfər əməkdaşı da döyüşlərdə fəal iştirak edərək nümunəvi xidmətləri ilə fərqləniblər.