Dünya iqtisadiyyatında artım gözlənilir

15:00 18-03-2021 477

2021-ci ildə qlobal iqtisadiyyatda keçən ilə nisbətən 4.7 % artım ola bilər.

Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) hesabatında bu barədə proqnoz yerləşdirilib:

“Qlobal iqtisadiyyatın bu il 4.7% artımı gözlənilir”.

Müəlliflər xatırladırlar ki, bu rəqəmlər sentyabr ayında müzakirə edilən 2021-ci il üçün proqnozlardan daha yüksəkdir (4,3%).

İnkişafla bağlı gözləntilər peyvəndləmədə irəliləyiş və bu yaxınlarda iqtisadiyyata 1,9 trilyon dollar həcmində stimullaşdırılacağını elan edən ABŞ-da daha güclü bərpaetmə ilə əlaqələndirilir.