Sürücüsüz hərəkət edən tramvay qorxulu anlar yaşatdı - VİDEO

21:20 20-03-2021 503

Rusiyanın Barnaul şəhərində faciənin astanasından dönülüb. Belə ki, içərisində sürücü olmayan tramvay öz-özünə hərəkət edib.

Bu barədə “Life Shot” “Telegram” kanalı kadrlar yayıb.

Video həmin vaxt o yolda hərəkət edən avtomobilin qeydiyyat kamerası tərəfindən qeydə alınıb. Kadrlarda sürücünün içi sərnişinlə dolu ictimai nəqliyyatın ardınca qaçdığı görünür.

Sonda o, kabinəyə tullana bilib.

Hadisə nəticəsində zərərçəkənin olmadığı deyilir.