Türkiyədə bələdiyyə öz tvitini altı min dollara satdı - FOTO
08:40 26-03-2021 548
Türkiyənin Muğla vilayətinin Datça bələdiyyəsi 14 fevral sevgililər günü ilə bağlı tvitini hərraca çıxarıb.
“Sevgililərinizlə birlikdə Datça baharı qədər gözəl zamanlar diləyirik”, - deyə yazılan tvit 6 min dollara (10 200 manat) satılıb. Tvit kriptovalyuta yatırımı ilə məşğul olan şirkət tərəfindən alınıb.
Bələdiyyə rəsmiləri əldə olunan vəsaitin yoxsul ailələrdən olan qızların təhsil xərclərinə sərf ediləcəyini açıqlayıblar.
Sevdiğinizle birlikte Datça baharı kadar güzel zamanlar dileriz. #sevgililergunu kutlu olsun. pic.twitter.com/poiA1iRbD7
— Datça Belediyesi (@datcabelediyesi) February 14, 2021