Paşinyanın Qarabağa qanunsuz səfəri: idman üzərindən siyasi oyunlar

18:09 05-08-2019 637

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfər edib.

N.Paşinyanı Xankəndi aeroportunda Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako  Saakyan qarşılayıb.

Qeyd edək ki, Paşinyanın səfəri “ümumerməni oyunları”nın açılış mərasimi ilə bağlıdır.

N.Paşinyanın Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfər etməsi Dağlıq Qarabağa münaqişəsinin həlli ilə bağlı aparılan sülh danışıqlarının ruhuna ziddir.

O, bu səfərlərlə dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağdakı separatçı rejimin “müstəqilliyini” tanımağa yönəldir. Lakin Azərbaycan diplomatiyasının səyləri və gücü nəticəsində N.Paşinyan istəklərinə nail ola bilmir.

Ekspertlərin fikrincə, N.Paşinyanın Qarabağa gəlməsi həm də separatçı qurumla münasibətlərin korlanması ilə bağlıdır. Ona tabe olmayan separatçı rejim “Qarabağ klanı”nın favoritləri olan Robert Koçaryan və Serj Sarqsyanı dəstəkləyir.