AFFA mövsüm başlamamış “Qəbələ”ni 50 min manat cərimələdi

18:18 05-08-2019 527

“Qəbələ” klubu yenə cərimələnəcək.

HerGun.Az xəbər verir ki, Qəbələ klubu I divizionda yarışmağa əvəzedici komandasını göndərməyindən, cərimə ödəyəcək.

Klub bunun üçün 50 min manat cərimə ödəməli olacaq. Bunu jurnalistlərə açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib.

Qeyd edək ki, digər yeddi Premyer Liqa klubu ötən mövsüm əvəzedici komandasını I diviziona buraxsa da, yalnız “Qəbələ” bunu etməmişdi. Klub bunu iki komanda (əsas və əvəzedici komanda) saxlamağın maddi cəhətdən çətinliyi ilə izah etmişdi.