Rusiyada “Media.Az” informasiya portalına giriş bərpa edildi

15:18 06-08-2019 765

Rusiya ərazisində “Media.az” saytına giriş bağlandıqdan bir neçə gün sonra Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidməti (“Roskomnadzor”) ölkə ərazisində sayta girişə olan məhdudiyyəti ləğv edib.

Bu gündən etibarən Rusiya ərazisində qalan hər kəs arzu edərsə, yenidən informasiya portalına daxil ola bilər.

Xatırladaq ki, “Roskomnadzor” bir il əvvəl Xırdalan şəhərində baş vermiş Azərbaycan vətəndaşının intihar xəbərinə görə sayta girişi bağlamışdı.

Saytın bloka alınması portalın çoxsaylı rusiyalı oxucuları, eləcə də ekspert birliyinin nümayəndələri arasında təəssüflə qarşılanmışdı.

“Media.Az” saytının və “Roskomnadzor”un birgə operativ fəaliyyəti nəticəsində problemi həll etmək mümkün olub.