Bakıda avtomobil əks yola çıxdı, qadını “havaya uçurdu” - VİDEO

17:54 06-08-2019 432

Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü yolu keçmək istəyən qadını vurub. 

HerGun.Az xəbər verir ki, hadisə bu gün Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. 

“Daewoo” markalı 99-RZ-697 dövlət nömrə nişanlı avtomobil qoşa xəttin tələblərinə məhəl qoymayıb və əks yola çıxıb. Bu zaman avtomobil yolu piyadalar üçün müəyyən olunmamış yerdən keçmək istəyən qadını vurub.

Qadın zərbənin təsirindən yerə yıxılıb və hadisədən dərhal sonra sürücü tərəfindən xəstəxanaya çatdırılıb.

Samir İsayev