Qaqauziyanın rəhbəri rəsmi açılış mərasiminə xarıbülbül nişanı ilə qatılıb – FOTO

23:00 15-04-2021 371

Moldovanın Qaqauziya muxtar vilayətinin başçısı İrina Vlax Komrat bələdiyyəsindəki tədris müəssisəsinin rəsmi açılış mərasiminə qatılıb.

HerGun.Az xəbər verir ki, mərasim zamanı vilayət başçısının pencəyində Vətən müharibəsində Azərbaycanın qələbə rəmzinə çevrilən xarıbülbül döş nişanının olması diqqətdən yayınmayıb.  

Bununla da, Qaqauziya rəhbəri qardaş Azərbaycan xalqına haqlı savaşda öz dəstəyini ifadə edib.

Tədbirdən fotolar İ.Vlaxın rəsmi “Facebook” səhifəsində yayımlanıb.