Günlərdir reanimasiyada yatan aktyorun xəstəliyi bəlli oldu

02:40 16-04-2021 456

Türkiyənin “Sadakatsız” serialının sevilən aktyoru Burak Sergen ağciyər infeksiyası və nəfəs darlığı səbəbilə reanimasiyaya yerləşdirilmişdi.

Sondakika.com xəbər verir ki, serialın çəkiliş qrupundan aktyorun hər iki koronavirus testinin neqativ çıxdığı bildirilib.

Lakin serialın prodüser şirkətindən verilən açıqlamaya görə, 60 yaşlı Burak Sergenin koronavirus səbəbindən reanimasiyada olduğu qeyd edilir:

“Qiymətli aktyorumuz Burak Sergenin koronavirus səbəbi ilə üç gündür xəstəxananın reanimasiya şöbəsində müalicəsi davam edir. Ona “MedYapım” ailəsi olaraq şəfa diləyirik”.

Burak Sergendən sonra serialın digər aktyorları Melis Sezen və Alp Akarın da koronavirus testləri pozitiv çıxıb.