"Beynəlxalq Ordu Oyunları - 2019" yarışlarında Azərbaycan pavilyonu - FOTO

18:45 06-08-2019 584

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Moskvanın Alabino poliqonunda təşkil olunan  “Dostluq evi”ndə  Azərbaycan pavilyonu yaradılıb.

HerGun.Az-a Müdaifə Nazirliyindən verilən xəbərə görə, sərginin Azərbaycan bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri və məişətinə aid ekspozisiyalar nümayiş olunur.
 
Azərbaycan pavilyonu yarış iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla izlənilir.