İstanbul aeroportunda qalmış rusiyalı aparıcı qəzəbləndi – FOTO

23:00 16-04-2021 311

Rusiyanın “Birinci kanal”ında günlük və həftəlik xəbər proqramlarının aparıcısı Yekaterina Andreyeva Rusiya ilə Türkiyə arasında hava yoluyla sərnişin daşınmasının dayandırılmasından sonra İstanbuldan evə qayıtmaqda çətinlik çəkib.  

Sosial şəbəkələrdə yayılan məlumata əsasən, “Instagram” səhifəsində başına gələnlərdən danışan məşhur telesima yaranmış vəziyyətə görə rusiyalı məmurları günahlandırıb və onların yalan danışdığını bildirib. O, yalnız xoş təsadüf və “Allahın köməyi” nəticəsində Rusiyaya qayıda bildiyini vurğulayıb.

Qeyd edək ki, tətilini Cənubi Afrika Respublikasında keçirən Y.Andreyeva İstanbuldan keçməklə Rusiyaya qayıdıb və iki ölkə arasındakı hava əlaqəsi məhdudiyyətlərinə görə bir neçə gün Türkiyədə ləngiməli olub.