Terrorçuların qızıl və gümüşlə dolu xəzinəsi tapıldı - VİDEO

02:00 17-04-2021 374

İraq polisi 2014-2017-ci illərdə İŞİD-in istehkamına çevrilən Mosul şəhərində 1,5 milyon dollardan çox pul və qiymətli metallar olan saxlanc yerini aşkarlayıb.

Bu barədə “RİA Novosti” ölkənin Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.

Bildirilir ki, terrorçular pul, qızıl və gümüş külçələri yerli sakinlərdən zorla alıblar.

Şəhərin köhnə məhəlləsindəki bir evdə tapılan saxlanc yerində yüz dollarlıq əskinazlar şəklində 1 590 000 dollar pul (2 703 000 manat), 17,5 milyon İraq dinarı (təqribən 20,3 min dollar), 15 kiloqram gümüş və 17,5 kiloqram gümüş külçə, habelə 500 qram qızıl aşkar edilib.