Beyləqanda baş verən yol qəzasında sərnişin öldü

01:36 07-08-2019 590

Beyləqan rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

HerGun.Az- ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Aşıqlı kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı "Mercedes" markalı minik avtomobili ilə " Kamaz" markalı yük avtomobili toqquşub. Nəticədə minik avtomobilində sərnişin olan  25 yaşlı Aişə Xıdırlı ölüb. Gənc qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.