Göygöldə tanışı 27 yaşlı gənci bıçaqladı

23:40 25-04-2021 557

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Hacıməlik qəsəbəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Elcan Nofəl oğlu Həsənov mübahisə zəminində tanıdığı şəxs tərəfindən bıçaq xəsarəti alıb.

O, Göygöl Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatları polis tərəfindən araşdırılır.