Həcc ziyarəti üçün koronavirusa qarşı tibbi sığorta tələb olunacaq

00:20 04-05-2021 27

Müsəlman zəvvarlar yalnız koronavirusa qarşı tibbi sığortanın olduğu təqdirdə Məkkə və Mədinədəki müqəddəs yerlərə buraxılacaq.

TASS xəbər verir ki, bu qərar Səudiyyə Ərəbistanı səlahiyyətliləri tərəfindən verilib.

Tibbi sığorta koronavirus müalicəsi, karantin və tələb olunduğu halda xəstənin öz ölkəsinə göndərilməsi xərclərini qarşılamalıdır.

Qeyd edək ki, 17 may yerli vaxtla saat 01:00-dan etibarən Səudiyyə Ərəbistanı sərhədlərini əcnəbi vətəndaşların üzünə açacaq. Məhz bu tarixdə dekabrın 21-dən bəri tətbiq olunan səyahət məhdudiyyətləri aradan qaldırılacaq.