Alyaska sahillərində SSRİ-dən məktubla gələn butulka tapıldı – FOTO

08:45 08-08-2019 611

Alyaska sakini Tayler İvanoff  sahildə içində məktub olan butulka tapıb.

RİA Novosti” xəbər verir ki, alyaskalı tapıntının şəklini Facebook səhifəsində bölüşüb və dostlarından yazının rus dilindən tərcüməsini xahiş edib.

Aşkar olunan yazı 20 iyun 1969-cu il tarixinə aiddir.   

Məktubun müəllifi Uzaq şərq gəmiçiliyində, “Sulak” gəmisində xidmət edib.

O, məktubun tapılması haqqında gəmi heyətinə məlumat ötürməyi xahiş edib. Lakin “Sulak”ın 1992-ci ildə metalloma verildiyi üçün bu arzu yerinə yetirilməyəcək.