Myanmada Çinə gedən qaz kəmərinə hücum edilib: Ölənlər var

09:00 08-05-2021 336

Myanmada təxminən 20 nəfər naməlum şəxs Çinə gedən qaz kəmərinin obyektlərinə hücum edib.

Bu barədə Yaponiyanın “Nikkei” nəşri yerli mənbələrə istinadən məlumat yayıb.

Hücum nəticəsində ən azı üç mühafizəçi öldürülüb.

Mənbə yazır ki, bir neçə gün əvvəl rəsmi Pekin Myanma ordusundan Çinlə əlaqəli obyektlərin təhlükəsizliyini gücləndirməyi xahiş etmişdi.