Musa Yaqubla vida mərasimi keçirilir - FOTO

11:40 08-05-2021 369

Azərbaycanın Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilir.

HerGun.Az-ın məlumatına görə, mərasim xalq şairinin yaşadığı evin həyətində - İsmayıllı rayonunun Buynuz kəndində təşkil edilib.

Vida mərasimində mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, ictimaiyyət nümayəndələri və kənd camaatı iştirak edir.

Qeyd edək ki, dünən dünyasını dəyişən Musa Yaqub vəsiyyətinə uyğun olunaraq, İsmayıllı rayonunun Buynuz kəndində həyat yoldaşının yanında torpağa tapşırılacaq.

Dursun Tağıyeva