FIFA Prezidentindən Superliqa açıqlaması: “Klublar bunun nəticələrinin nə olacağını bilirdilər”

08:00 09-05-2021 404

FIFA prezidenti Canni İnfantino Superliqanın yaradılması qərarının həmin klublar üçün nəticələri barədə danışıb.

Bu barədə AS nəşri yazıb.

FIFA rəhbəri UEFA-nı tam şəkildə dəstəklədiyini bildirib və beynəlxalq futbol strukturlarının tərkibində keçirilməyən istənilən turnirə qarşı olduğunu deyib.

“Klubların bunun nəticəsi ilə qarşılaşmalı olduğu aydındır. Mən əniməm ki, onlar bunu bilirlər”, - deyə C.İnfantino bildirib.