ABŞ-ın ritmik blüz əfzanəsi Lloyd Prayz vəfat edib

02:00 10-05-2021 893

ABŞ-da ritmik blüz müsuqi janrının tanınmış ifaçılarından olan Lloyd Prayz vəfat edib.

Bu barədə məşhurun həyat yoldaşı “Associated Press” agentliyinə məlumat verib.

Prayzın son beş ildə xəstəliklərdən əziyyət çəkdiyi bildirilib. Onun ölümünə səbəb isə şəkərli diabet nəticəsində səhhətində yaranan ağırlaşmalar olub.

Məlumat üçün bildirək ki, Lloyd Prayz 1933-cü ildə, martın 9-da Yeni Orleanda anadan olub. İfaçı 19 yaşında ikən yazdığı “Lawdy Miss Clawdy” mahnısı ilə məşhurlaşıb. Prayzın adı rok-n-rollun Şərəf Zalına həkk olunub.