Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır - VİDEO

13:40 16-05-2021 648

Təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir.

Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.