Pandemiya dəmir yolu ilə yükdaşımalara necə təsir edib? - AÇIQLAMA

14:40 18-05-2021 36

Pandemiya Azərbaycanda dəmir yolu ilə yükdaşımalara heç bir mənfi təsir göstərməyib. 

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova məlumat verib. 

Onun sözlərinə görə, 2021-ci ilin 4 ayı ərzində dəmir yolu ilə yükdaşımaları ötən ilin müvafiq dövrünə nisbətən artıb: 

“Hazırda xarici ölkələrdən yeni yüklərin cəlb edilməsi istiqamətində danışıqlar aparılır. Həmçinin Azərbaycandan keçən dəmir yolu dəhlizlərinə yeni ölkələrin cəlb edilməsi istiqamətində də əməkdaşlıq əlaqələri qurulur”.

Könül Cəfərli