Jurnalistika təliminə qeydiyyat başladı

18:00 18-05-2021 41

UEFA-nın media tərəfdaşı olan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü və ölkəmizdəki rəsmi təmsilçisi - Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) Qazet.az və “inSportPress”lə birgə Bakının da ev sahibliyi edəcəyi futbol üzrə Avropa çempionatı ərəfəsində jurnalist peşəsinə maraq göstərən gənclər, jurnalistika fakültələrinin tələbələri, yaşından asılı olmayaraq biliklərini yeniləmək və artırmaq istəyən bütün KİV nümayəndələri üçün “Müasir jurnalistikada tendensiyalar” mövsusunda ödənişsiz onlayn media təliminə start verir. 

Məqsəd media təmsilçilərinin, tələbələrin və gənclərin müasir media, o cümlədən internet jurnalistikası sahəsində bilik və bacarıqlarının artırılmasıdır.

Mediada xəbər, faktların toplanması, yoxlanılması, informasiya mənbələri ilə təmas, fotojurnalistika, həmçinin, mətbuat konfransları və brifinqlərə hazırlıq, jurnalist etikasına dair ümumi prinsiplər əsas mövzulardır. 

Onlayn məşğələlər jurnalistikamızın tanınmış bilicilərindən biri, media ekspert, filiologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində 25 illik müəllimlik təcrübəsinə malik virtuoz pedaqoq Aynur Kərimovanın rəhbərliyi ilə jurnalist-multimedia mütəxəssisi Əfsanə Salehova tərəfindən aparılacaq. 

“Etopaz”ın baş sponsorluğu ilə keçiriləcək təlimə İdman TV, Estafet.az, Oxu.az və Media.az informasiya dəstəyi verəcək.

İştirak etmək istəyənlər [email protected] elektron poçtuna və ya +994507656877 “WhatsApp” nömrəsinə yaza bilər. 

Son qeydiyyat tarixi mayın 20-si, saat 19:00-dır.

Səkkiz məşğələlik marafon mayın 20-si start götürəcək və həftənin cüt günləri saat 21:00-da başlayacaq.

Yekunda iştirakçılara sertifikat veriləcək.

Təlimin proqramı və rəhbəri Aynur Kərimova haqda daha ətraflı aşağıdakı fayllarda tanış ola bilərsiniz.

Təlimin proqramı

Təlimin rəhbəri