Paşinyan: “İrəvan Qarabağ məsələsini həll etmək üçün siyasi iradə göstərməlidir”

13:40 20-05-2021 529

Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan erməni tərəfinin Qarabağ məsələsini həll etmək üçün siyasi iradəsinin olduğunu bildirib.

Bu barədə Nikol Paşinyan Ermənistan hökumətinin iclasında çıxışı zamanı deyib.

“Beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri Qarabağ məsələsinin uzunmüddətli siyasi həllinin zəruriliyi ilə bağlı daha fəal şəkildə danışırlar. Bizim hökumətimizin məsələni həll etmək üçün siyasi iradəsinin olduğunu vurğulamaq istəyirəm”, - deyə N.Paşinyan bildirib.

Nikol Paşinyan bildirib ki, “uzunmüddətli perspektivdə müharibənin qarşısını almaq, Ermənistan və erməni xalqı üçün yeni bir dinc inkişaf erası açmaq naminə bütün bu çətin, ağrılı, problemli məsələlərin həllinə ehtiyac var”.

“Bu asan bir iş deyil, son dərəcə çətin bir işdir və bunun üçün siyasi iradə, cəmiyyətlə açıq, dürüst dialoq lazımdır və biz bu yolu tutacağıq”, - deyə N.Paşinyan qeyd edib.