“Avroviziya 2022” Turində keçirilə bilər - FOTO

02:00 24-05-2021 671

İtaliyanın Turin şəhər rəhbərliyi “Avroviziya” mahnı müsabiqəsində ölkə təmsilçisinin qələbə qazanmasından sonra yarışmanın təşkili üçün öz namizədliyini irəli sürərək, hazırlıq işlərinə başlayıb.

Bunu “Twitter” səhifəsində şəhər meri Kyara Appendino yazıb.

İtaliyanın dövlət radioyayım şirkəti “Rai”nin direktoru Stefano Koletta isə “Avroviziya” finalı ərəfəsində yarışmanın Turində keçirilməsinin hələ 2017-ci ildə müzakirə olunduğunu xatırladıb.