Yalnız bir iri vergi ödəyicisi büdcəyə ziyan vurmayıb – RƏSMİ

18:00 24-05-2021 485

2020-ci ildə Azərbaycanda 6 iri dövlət vergi ödəyicisinə dövlətdən ayrılan vəsaitlə onların dövlət büdcəsinə ödənişləri arasında müqayisələr aparılıb.

Bu barədə HerGun.Az Hesabalama Palatasının 2020-ci ilin dövlət büdcəsinin icrasına dair qanun layihəsinə verdiyi rəydə bildirilib.

Müqayisə göstərir ki, bir iri vergi ödəyicisi istisna olmaqla, digərləri tərəfindən dövlət büdcəsinə ödənilən vergi və digər ödənişlərin məbləği həmin müəssisələrə dövlət büdcəsindən ayrılan vəsaitdən az olub.

Belə ki, “Azərbaycan Dəmir Yolları” ASC ən çox pul alan qurumlardandır. O, dövlət büdcəsindən 695,3 milyon manat vəsait aldığı halda 10,4 milyon manat vergi ödəyib.

“Azərsu” 401,7 milyon büdcədən daxil olan vəsait qarşılığında 10,6 milyon manat vergi verib.

Yalnız “Xəzər Dəniz Gəmiçiliyi”nin vergi ödənişləri dövlət büdcəsindən daxil olan vəsaitin həcmini üstələyib (sadə desək, 10 milyon manat alıb, 13,3 milyon manat ödəyib).

Digər qurumlarla bağlı isə vəziyyət belədir:

Aqşin Kərimov