İrqçi təhqirdə ittiham olunan Castin Biber saçlarını qırxdırdı - FOTO

04:00 25-05-2021 549

Kanadalı pop ifaçı Castin Biber neqroid irqinin nümayəndələrini təhqir etdiyi barədə ittihamlardan sonra saçlarını qırxdırdı.

27 yaşlı ifaçı bununla bağlı “Instagram” hesabından foto paylaşıb.

Paylaşım az müddətdə milyonlarla pərəstişkar tərəfindən bəyənilib.

“Nəhayət”, “Dredlərdən sonra başını keçəl elətdirəcəynə əmin idim”, “Belə daha yaxşıdır”, “Dredlərdən qurtulduğunu üçün təşəkkür edirəm”, - deyə onlar şərhlərdə bildiriblər.

Qeyd edək ki, Biber aprel ayında dred saç düzümü elətdirmişdi. Bu, bir çoxları tərəfindən narazılıqla qarşılanmışdı, sosial şəbəkə istifadəçiləri Biberin yeni imici ilə neqroid irqini təhqir etdiyini bildrmişdilər.