“La Casa De Papel”in yeni mövsümünün yayım tarixi açıqlandı – VİDEO

06:40 25-05-2021 586

“Netflix”in ən populyar telelayihələrindən olan “La Casa De Papel” (Kağız ev) serialının növbəti mövsümünün tanıtım videoçarxı təqdim olunub.

“Haber Global”ın məlumatına görə, fenomen ekran əsərinin yayım tarixləri də açıqlanıb.

Beləliklə də, serialın 5-ci mövsümü hər biri 5 seriyadan ibarət olan iki hissədə izləyicilərə təqdim olunacaq. İlk hissə sentyabrın 3-dən, ikinci hissə isə dekabrın 3-dən etibarən yayımlanacaq.