Rusiyada bağçada uşaq xlor çəninə yıxılıb – VİDEO

06:00 01-06-2021 572

Rusiyanın Saxalin şəhərində bağçada uşaq xlor çəninə yıxılıb.

Bu barədə “Podyom” xəbər yayıb.

Məlumata görə, yaş yarımlıq uşaq helikopterlə yerli xəstəxanaya çatdırılıb.

Həkimlər onun həyati təhlükəsinin olmadığını deyiblər.

Bildirilir ki, uşaq 20 litrlik vedrənin kənarından baxarkən dezinfeksiyaedici məhlulun içində yıxılıb.

Baş verənlərə görə, “Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi” maddəsi ilə cinayət işi başlanılıb.