“Friends”in təqdimatından sonra serialın ulduzu nişanlısından ayrılıb - FOTO
04:20 03-06-2021 539
“Friends”in (“Dostlar”) ulduzu Mettyu Perri serialın xüsusi buraxılışından sonra nişanlısı Molly Hurmitzlə yollarını ayırıb.
Bu barədə “People” aktyorun özünün verdiyi açıqlamaya istinadən xəbər verib.
2018-ci ildə görüşməyə başlayan 51 yaşlı Perri və 29 yaşlı ədəbi agent Hurvitz 2020-ci ilin noyabrında nişanlandıqlarını xəbər vermişdilər. Ancaq “Friends”in təqdimatından bir neçə gün sonra ayrıldıqlarını elan etdilər.
“Bəzi şeylər sadəcə alınmır və bu da onlardan biridir. Molliyə ən yaxşısını diləyirəm”, - deyə Perri bildirib.