Sabunçuda kütləvi dava - Yaralılar var

04:18 10-08-2019 81

Bakının Sabunçu rayonunda kütləvi dava olub, 2 dost bıçaqlanıb.

HerGun.Az xəbər verir ki, Bakıxanov qəsəbəsində dava edənləri ayırmaq üçün müdaxilə edən 2000-ci il təvəllüdlü Xəlilov Pərviz Elxan oğlu və 1999-cu il təvəllüdlü Bayramov Fərhad Əli oğlu bıçaqlanıb.

Hər iki yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. P.Xəlilova sol budun, F.Bayramova isə döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu