Finlandiyalı futbolçu Maradonanın əfsanəvi qolunu təkrarladı - VİDEO

08:40 12-06-2021 479

Finlandiyanın futbol üzrə dördüncü liqasında mübarizə aparan “Kometa” və “Varkaus” komandaları arasındakı qarşılaşmada yaddaqalan qol qeydə alınıb.

Bu barədə Championat.com məlumat yayıb.

“Varkaus”un hücumçusu Tommi Lankinen künc zərbəsindən ötürmə zamanı topu qapıya əllə göndərib. Lakin heç olmamış kimi qolu qeyd edən futbolçu hakimlərin də gözündən yayına bilib və nəticədə qol qeydə alınıb. Futbolçunun bununla da bir vaxtlar əfsanəvi Dieqo Maradonanın vurduğu qolu təkrarlayıb.

Xatırladaq ki, Maradona 1986-cı ildə dünya çempionatında İngiltərəyə qarşı əllə fərqlənmiş və bu qol dünya tarixinə “Tanrının əli” kimi düşmüşdü.