Yol polisində kadr dəyişikliyi olub
21:20 12-06-2021 382
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində kadr dəyişikliyi edib.
HerGun.Az xəbər verir ki, nazirin əmri ilə Ağsu Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Məmmədov tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə o, 5 saylı Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinə rəis təyin olunub.