Zaqatalada qaldırıcı kran gənci vuraraq öldürüb
10:40 13-06-2021 363
Zaqatalada qaldırıcı kran kənd sakininin ölümünə səbəb olub.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Göyəm kəndində baş verib.
Belə ki, kənd sakini Nazim Nail oğlu Bayramov qaldırıcı kranı idarə edərkən arxa tərəfdə olan həmkəndlisi, 1992-ci il təvəllüdlü Şəmsəddin Məhəmməd oğlu İgidovu vurub.
Ş.İgidov aldığı ağır bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, orada ölüb.
Faktla bağlı araşdırma aparılır.