Xarici diplomatlar Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO

16:00 13-06-2021 488

Azərbaycan və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun işğaldan azad edilmiş Ağdam rayonuna səfəri davam edir.

“Report”un Ağama ezam olunmuş əməkdaşı xəbər verir ki, diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Nümayəndə heyəti Şahbulaq qalasında olub.

Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov diplomatlara erməni vandalizminə məruz qalmış tarixi abidə ilə bağlı məlumat verib.

15:25

Azərbaycan və Türkiyədə akkreditə olunmuş xarici diplomatik korpusun işğaldan azad edilmiş Ağdam rayonuna səfəri davam edir.

“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, diplomatları Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Diplomatik korpusun nümayəndələri Əsgəran yolunda olub. Burada Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov onlara Ağdam şəhərinin ümumi görüntüsünü nümayiş etdirib və şəhərdə törədilmiş dağıntılar haqqında əlavə məlumat verib.

15:02

Azərbaycan və Türkiyədə akkreditasiya olunmuş diplomatik korpusların nümayəndələri Ağdama səfərləri çərçivəsində Ağdam Dövlət Dram Teatrını ziyarət ediblər.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov qonaqlara burada erməni vandalları tərəfindən törədilmiş vəhşiliklərdən və dağıntılardan danışıb.

Səfərdə Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də iştirak edir.