Rusiyada COVID xəstələrinin sayında rekord artım

07:20 14-06-2021 33

Son sutka ərzində Rusiyada koronavirusa yoluxan yeni xəstlərin sayı 14 723 nəfər təşkil edib ki, bu da fevralın 13-dən bəri qeydə alınmış ən yüksək göstəricidir.

TASS xəbər verir ki, həftə ərzində ölkədə COVID xəstələrinin sayı 1.5 dəfə artıb.

Son 24 saatda Rusiyada ölümcül virusdan 357 nəfər vəfat edib. 9166 nəfər isə sağalaraq, gündəlik həyata qayıdıb.