Goranboyda sürücü törətdiyi qəzada öldü

00:00 17-06-2021 331

Goranboy rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.

“Report” xəbər verir ki, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.

“VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsinin sürücüsü hadisə yerində dünyasını dəyişib.

Onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.