Bakıda dəhşətli isti olacağı günlər açıqlandı - Nazirlikdən XƏBƏRDARLIQ

17:00 21-06-2021 344

Bu həftə ərzində ölkə ərazisində hava şəraitinin anomal isti keçəcəyi, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, iyunun 24-25-də Bakı şəhərinin bəzi ərazilərində 40-42, respublikanın rayonlarında 35-40, iyunun 24-25-də isə Aran rayonlarında 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir.   

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Tibbi-meteorolojiroqnoza gəlincə, həftə ərzində Bakıda  və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz  güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdi.