Əvvəl atasının, indi isə oğlunun Olimpiadada iştirakı rəsmiləşdi - FOTO

19:00 25-06-2021 367

Azərbaycanın Tokio Olimpiya Oyunlarında daha bir idmançısının iştirakı rəsmiləşib.

HerGun.Az-ın xəbərinə görə, bu, ağırlıqqaldıran Əliş Nəzərovdur.

O, 109 kq çəki dərəcəsində Azərbaycanı təmsil edəcək. İdmançımız kontinental reytinqlə buna nail olub. O artıq Olimpiadada iştirak etmək üçün atlet akkreditasiyasını da alıb.

Qeyd edək ki, onun atası Vahid Nəzərov da Olimpiadada hakim kimi iştirak edəcək.