Salvadorda hər sakinə havayı bitkoinlər paylanacaq - FOTO

02:40 27-06-2021 504

Salvadorda hər bir sakinə havayı 30 dollarlıq bitkoinlər paylanacaq.

Bu barədə “Bloomberg” xəbər verib.

Hökumət hesab edir ki, kriptovalyutanın kütləvi istifadəsi ölkəyə investisiya cəlb olunmasına kömək edəcək.

Bu cür tədbirlər xaricdə çalışan milyonlarla sakin üçün istehlakı artıra və pul köçürmə xərclərini azalda bilər. Aktiv əldə etmək üçün milli bitkoin cüzdan “Chivo”da hesab açılmalıdır. Alıcılar qiymətləri dollarla göstərilən malları bitkoinlərlə ödəyə biləcəklər.