AVRO-2020: Bakıya gələcək ikinci komanda bu gün bəlli olacaq - AFİŞA

12:20 27-06-2021 408

Bu gün futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

İkinci oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Niderland və Çexiya yığmaları arasında olacaq. Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu cütün qalibi 1/4 final matçını Bakıda Danimarkaya qarşı keçirəcək.

Günün son oyununda Belçika və Portuqaliya milli komandaları üz-üzə gələcək. İspaniyanın Sevilya şəhərində “Estadio La Cartuja” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Mərhələni keçən kollektiv 1/4 finalda İtaliya ilə görüşəcək.

27 iyun

Avropa çempionatı

1/8 final mərhələsi

20:00. Niderland - Çexiya

Baş hakim: Sergey Karasev (Rusiya)

Budapeşt. “Puşkaş Arena”

23:00. Beçika - Portuqaliya

Baş hakim: Feliks Brix (Almaniya)

Sevilya. “Estadio La Cartuja”

Qeyd edək ki, Bakıdakı 1/4 final oyunu iyulun 3-də keçiriləcək. AVRO-2020 iyulun 11-də başa çatacaq. Danimarka 1/8 finalda Uelsi darmadağın edib - 4:0.