Türkiyədə koronavirusla bağlı son vəziyyət

22:20 29-06-2021 467

Türkiyədə son 24 saat ərzində 229 846 nəfərin COVID-19 testi yoxlanıb.

“Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 5846 nəfər təşkil edib.

53 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 5 287 094 nəfərə çatdığı bildirilib.

Onlardan 6536 nəfəri son sutka ərzində sağalanlardır.